BAKI, 6 iyun — Sputnik. Türkiyənin terrorçu təşkilat hesab elədiyi PYD/YPG-nin də təmsil olunduğu "Suriya Demokratik Qüvvələri" İŞİD-in nəzarətindəki Raqqa şəhərinə daxil olub. Sputnik xəbər verir ki, bu haqda SDQ-nin komandiri Roca Felat məlumat verib.
“Silahlı dəstələrimiz şəhərin şərqində yerləşən Mehləb məhəlləsinə daxil olub. Terrorçular elə də ciddi müqavimət göstərə bilmirlər” – komandir deyib.
Raqqa şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı bazar ertəsi başlayıb.
Xatırladaq ki, Raqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir.