Almaz Həsrət: “Bu dil Rusiya ilə əlaqələrimizin genişlənməsinə köməklik göstərir”
Rus dilinin öyrənilməsi bizim üçün prioritet məsələlərdəndir. Bunu Sputnik Azərbaycana açıqlmasında Azərbaycan Respublikasının Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət bildirib.
“Rus dili Azərbaycanda çox geniş istifadə olunur. Azərbaycanda tədris müəssisələrinin 60 faizində rus dili tədris olunur. Bu dili öyrənmək Rusiya ilə əlaqələrimizin genişlənməsinə köməklik göstərir”.
“Bu dili bilməyin üstünlüklərindən biri də odur ki, şagirdlərimiz rus dilli müsabiqələrdə iştirak etmək imkanına sahib olurlar. Təhsilimizdə Rus dili və digər dillərin tədrisinə nə qədər çox önəm verilsə daha geniş miqyasda təmsil olunmaq imkanına sahib olarıq” – deyə o bildirib.