BAKI, 6 iyun — Sputnik. Türkiyənin Respublika Baş Prokurorluğu, FETÖ istintaqı çərçivəsində, Nəqliyyat Nazirliyinin 47 nəfər yüksək vəzifəli əməkdaşı barəsində həbs qərarı çıxarıb.
Sputnik Türkiyə xəbər verir ki, haqlarında həbs qərarı verilən şəxslər FETÖ şəbəkəsinin gizli ünsiyyət vasitəsi olan "Bylock"-dan istifadədə təqsirləndirilir. Polis bu gün səhər saatlarında nazirliyə gözlənilməz basqın həyata keçirib, əməliyyatlar davam edir.