SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli təhlükəsizliyimizi təhdid edən yeni problem

© Sputnik / Murad OrujovAzər Rəşidoğlu
Azər Rəşidoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyir ki, bütün seçkiləri hansısa xarici dövlətin kiberhücumları ilə əlaqələndirmək düzgün deyil

Azər Rəşidoğlu: “Seçkilərin nəticələrini xakker hücumları ilə bağlamaq populizmdir”
"Seçkilərin nəticələrini haker hücumları ilə bağlamaq populizmdir". Bunu Sputnik Azərbaycana açıqlamasında siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib: “Kibersavaşlar XXI əsrin əsas probleminə çevrilib. Böyük dövlətlər arasında kiberhücumlar, seçkilərə müdaxilə baş verir. Ancaq bütün seçkiləri hansısa xarici dövlətin kiberhücumları ilə əlaqələndirmək düzgün deyil”.

“Kiberhücumlar hər zaman olub. Ancaq seçkilərin nəticəsinə bu qədər təsir etmək imkansızdır. Artıq “Avropa Birliyi”, “Ümummilli Qərb Evi” və bu kimi digər iddialar iflasa uğrayıb. Bu baxımdan uğursuzluqları başqa dövlətlərin üstünə atmaq düzgün deyil” – deyə o bildirib.

Xəbər lenti
0