ELM

"Bu məsələdə ailə və məktəb günahkardır"

© Sputnik / Murad OrujovДень знаний в образовательном комплексе №132-134 города Баку
День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad İsmayılov: "Şükür ki, bizdə məktəblilər Amerikada olduğu kimi məktəbə avtomat gətirmir və sinif yoldaşlarını güllələmir"

BAKI, 6 iyun — Sputnik. "Son zəng" məktəbin buraxılış sinif şagirdləri arasında "şər alması" rolunu oynayıb. Nəticədə orta məktəbdə bıçaqlaşma baş verib və 11-ci sinif şagirdi yaralanıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 5-də saat 12:30-da Suraxanı rayon Əmircan qəsəbəsindəki 85 saylı məktəbin həyətində on birinci sinif şagirdləri Hacıyev Tərlan Vasif oğlu ilə Əliyev Turan Vüqar oğlu arasında münaqişə baş verib. Dava zamanı Əliyev Hacıyevin bud nahiyəsinə bıçaq zərbəsi vurub və nəticədə sonuncu xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir. 

Мальчик - Sputnik Azərbaycan
HADİSƏ
İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb

Bu arada hüquq-mühafizə orqanları münaqişənin səbəbini araşdırıblar. Məlum olub ki, onların davası tez-tez baş verən ənənəvi "sevdiyi qız üstündə" olan davalardan olmayıb.

"Qız üstündə çoxdandır dava olmur. Artıq o cəngavərlərdən yoxdur, heç indiki qızlar da davaya qədər gətirib çıxarmırlar" — deyə polis bildirib.

Məlum olub ki, məktəblilərin mübahisəsi son zəng gününə hazırlığın detalları üstündə olub. 9-cu sinifdən sonra məktəbi buraxan Əliyev məktəbə gələrək sinif yoldaşları ilə birlikdə son zəngə qatılmaq istədiyini bildirib. Hacıyev isə bildirib ki, onda Əliyev sinifdən seçilməmək üçün son zəngə mavi rəngdə şalvarda gəlməlidir. Hacıyevin mavi şalvarla bağlı danışıq tərzi Əliyevin xoşuna gəlməyib. Əliyev deyib ki, Hacıyev nə geyinmək barədə ona göstəriş vermək hüququna malik deyil. Beləliklə, yeniyetmələr dalaşmağa başlayıblar. O məlumdur ki, Hacıyevin yaralandığı bıçaq Əliyevə məxsus olub. 

Нож, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Məktəblilər arasında mübahisə ölümlə nəticələndi

Məktəbdə baş verən bu davanı şərh edən hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, belə hallar adətən nəzarətin olmadığı təhsil müəssisələrində baş verir. Nəzarətin ciddi olduğu yerlərdə bıçaqlaşma hadisəsi baş vermir.

Məşhur psixiatr Fuad İsmayılovun fikrincə, yeniyetmələrin həyata baxışının başqa cür olmasını yaxşı təsəvvür edir. O, özündən böyüklərə xas olan xüsusiyyətlərə, temperamentə malik ola bilər ki, bu da bütün zamanların yeniyetmələrində müşahidə edilib.

"Valideynlər və pedaqoqlar izah etməlidirlər ki, məktəbə cibdə bıçaqla getmək, adamı qeyri-təbii vasitələrlə döymək olmaz. Mənə elə gəlir ki, bu, uşaqların məktəbə bıçaqla gəldiyini görməmək məktəb rəhbərliyi və valideynlər tərəfindən buraxılmış böyük boşluqdur. Bu, yerində həll olunan məsələ deyil. Bu məsələ uzun illər təlim və tərbiyə prosesində həll olunur. Uşağa necə düzgün hərəkət etməyi, davranış qaydalarını, münaqişələri həll etməyin yollarını başa salmaq lazımdır" — deyə psixiatr bildirib. 

Российско-израильский блогер Александр Лапшин в бакинском аэропорту - Sputnik Azərbaycan
HADİSƏ
Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

İsmayılov hazırkı yeniyetmələrin daha aqressiv olduğu fikri ilə razılaşmır. Onun sözlərinə görə, Azərbaycanda cinayətkarlığın aşağı səviyyədə olduğunu hamı, hətta turistlər belə qeyd edir.

"Şükür ki, bizdə məktəblilər Amerikada olduğu kimi məktəbə avtomat gətirmir və sinif yoldaşlarını güllələmir. Uşaqlar yox, onları tərbiyə edənlər günahkardır" — deyə psixiatr bildirib.

İsmayılov deyib ki, yeniyetmə nəslə görə cavabdeh olan iki institut var — məktəb və ailə. Hazırda biz bu hər iki institutda böhran görürük.

Xəbər lenti
0