BAKI, 6 iyun — Sputnik. 2013-cü ildə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanadan mesaj göndərib. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, o, 4 illik həbs müddətində hərbi hökumətin ona azadlıq qarşılığında fikrini dəyişdirməsi üçün dəfələrlə təkliflər etdiyini, ancaq fikrində heç bir dəyişiklik etmədiyini bildirib.
"Mən sadəcə vətənim və dinim üçün buradayam. Məni sevən insanlardan vətənləri üçün dua etməsini istəyirəm. Hər kəsə salamlarımı göndərirəm" — Mursi qeyd edib.
Qeyd edək ki, Məhəmməd Mursi Misirin demokratik seçki yolu ilə hakimiyyətə gəlmiş prezidenti idi. Cəmi 1 il hakimiyyətdə qalan Məhəmməd Mursi 2013-cü il iyulun 3-də hərbi çevriliş yolu ilə iqtidardan salınaraq həbs edilib. O, Fələstində İsrail işğalına qarşı silahlı mübarizə aparan HƏMAS təşkilatına yardım etməkdə təqsirləndirilir.