Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Arşın mal alan" - talış dilində

Abunə olmaq
"Arşın mal alan" musiqili komediyası bir neçə ölkədə və fərqli dillərdə səhnələşdirilib. Hazırda isə bu musiqili komediya Astarada həvəskar aktyorlar tərəfindən tam fərqli dildə hazırlanır.

Kakalos kənd "Xalq Teatrı" Astara Rayonu Kakalos kənd Folklor evində fəaliyyət göstərən həvəskar aktyorlardan təşkil edilən M.Şəhriyar adına Kakalos kənd Xalq Teatrı Dahi Üzeyir bəyin "Arşın mal alan" operettasını talış dilində hazırlayır.

Teatrın quruluşçu rejissoru Fərbiyə Şabanova bu sözügedən teatrın ötən əsrin 50-ci illərində yaradıldığını bildirdi.

"Arşın mal alan" musiqili komediyasının talış dilində olan tamaşası sentyabr-oktyabr aylarında tam hazır olub səhnələşdiriləcək.

Xəbər lenti
0