BAKI, 6 iyun — Sputnik. "Barselona"nın türk futbolçusu Arda Turan, Makedoniya ilə matçdan sonra jurnalist Bilal Meşe ilə təyyarədə dalaşıb. Sputnik Türkiyə xəbər verir ki, o, jurnalisti təhqir edib və onun boğazından yapışıb.
Arda jurnalisti döymək istəyərkən, təyyarədə olan digər futbolçular ona mane olublar. O, jurnalisti reketlikdə günahlandırıb.
Qeyd edək ki, "Milliyet" qəzetinin yazarı Bilal Meşe, 2016-cı il Avropa Çempionatı ərəfəsində Arda Turanın zəif oyun sərgiləməsini, onun Federasiyadan əlavə pul tələb eləməsi ilə əlaqələndirmişdi. Arda Turan isə sözügedən iddiaları təkzib edərək, Bilal Meşeni şərəfsiz adlandırmışdı.