BAKI, 6 iyun — Sputnik. Suriyanın Hələb şəhərindəki dağıntıların altından sağ çıxarılarkən, yayılan fotoları ilə dünyada geniş əks-səda doğuran azyaşlı İmranın yeni şəkilləri yayılıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, müharibənin simvoluna çevrilən balaca İmran, ailəsi ilə birlikdə Suriyadakı özəl telekanallardan birinə müsahibə verib.
© Photo : Aleppo mediaİmran Deknaş
İmran Deknaş
© Photo : Aleppo media
İmran Deknaş suriyalı müxaliflərin yardımı ilə Əsəd rejimi əsgərlərinin vurduğu binanın altından sağ çıxarılmışdı. Onun internetdə ən çox paylaşılan fotosu, dağıntıların altından çıxarıldıqdan sonra təcili tibbi yardım maşınında heç nə olmamış kimi oturması idi.