CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaların da nağd qaydada ödənişi qadağan olunur

© Maxim Bogodvid / Mediabanka keçidПокупка, деньги
Покупка, деньги - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək

BAKI, 5 iyun — Sputnik. Bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, "Əmək pensiyaları haqqında" qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmun əlavə edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident pensiyalarla bağlı dəyişiklikləri təsdiqlədi

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bundan əlavə, "Turizm haqqında" qanuna da eyni məzmunlu dəyişiklik edilir. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: "Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir".

Bundan başqa, "Sosial müavinətlər haqqında" qanuna da dəyişiklik təklif edilir. Bu qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.

"Sosial sığorta haqqında" qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik edilir. Belə ki, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağdsız qaydada ödəniləcək.

"Məşğulluq haqqında" qanunun 21.4-cü maddəsinə əsasən (Sosial yardım üçün təminatlar) yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0