CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahandan kəsilən yeniyetmə intihar etməsin deyə…

© Sputnik / Rahim MuradovLənkəranın 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyində qəbul imtahanı keçirilib
Lənkəranın 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyində qəbul imtahanı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Valideynlər hər zaman övladlarına onu sevəcəyini, ona güvəndiyini və həmişə yanında olduğunu vurğulamalıdır"

BAKI, 5 iyun — Sputnik. "İmtahan" sözünün ağırlığı insanı hər yaşda həyəcana, narahatlığa salır. Yeniyetmələrin həyatlarında önəmli və həlledici məqam sayılan peşə seçimi anını, eləcə də imtahan stressini nəzərə alsaq, bunun abituriyentlərə psixoloji cəhətdən nə dərəcədə ağır təsir etdiyini anlamaq çətin deyil. Həm də nəzərə almalıyıq ki, yeniyetmə yaşlarının özünə xas olan psixoloji durumu var.

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı  - Sputnik Azərbaycan
Psixoloq Fərqanə Mehmanqızı

"Güzgü" Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızının Sputnik Azərbaycan-a şərhinə görə, bu durum aqressivlik və ya özünəqapanma ilə müşahidə olunur: "İmtahanın stressini də buna əlavə etsək, yəqin ki, abituriyentin psixoloji durumunun nə yerdə olduğunu təsəvvür edə bilərik. Təbii ki, məsuliyyətli, həyat dəyərlərini anlamağa çalışan yeniyetmə daha həssas olduğundan stressə də daha tez düşür".

"Mənfi cəhətlərdən biri də odur ki, psixoloji stress altında imtahan verən abituriyent sahib olduğu bütün elmi bilikləri unudur və nəticədə imtahanda zəif bal toplayır. Abituriyentin imtahan zamanı zəif nəticə göstərməsi gələcək həyat yolunda mane olur, ailəsinə mənfi təsir edir. Artıq yeniyetmə özünü "bacarıqsız, özünə inamı olmayan" biri kimi tanımağa başlayır. Bu da onun şəxsiyyətində natamamlıq hissi yaradır" — psixoloq bildirir.

Onun sözlərinə görə, bütün bu kimi gələcək problemləri və bu problemlərin yaratdığı nəticələri nəzərə alaraq imtahana hazırlaşan abituriyentə individual yanaşmalı, onun psixoloji gərginliyini aradan götürmək üçün münbit şərait yaradılmalıdır: "İmtahan ərəfəsində ən çox məsuliyyət valideynlərin və dostların üzərinə düşür. Valideynlər hər zaman övladlarına onu sevəcəyini, ona güvəndiyini və həmişə yanında olduğunu vurğulamalıdır".

"Əslində biz yeniyetməyə "Sənə güvənirəm, sən bunun öhdəsindən gələcəksən!" deməklə imtahana daha məsuliyyətli hazırlaşmağına nail oluruq və güvən verməklə onun lazımsız psixoloji gərginliyini aradan qaldırmağa cəhd edirik" — müsahibimiz vurğulayır.

F. Mehmanqızı qeyd edir ki, son zamanlar imtahanda pis nəticə göstərəndən sonra intihara cəhd edən abituriyentlərin sayı artıb: "Valideynlər bunları nəzərə alıb, öz övladlarını abituriyentlər üçün yaradılmış qrup terapiyalarına və ya fərdi terapiyalara yönəltməlidirlər. Peşəkarın müdaxiləsi həm yeniyetmənin, həm də valideynin imtahana olan baxışının dəyişməsini, imtahan öncəsi gərginlik və stressdən azad olmasını, abituriyentin ancaq elmi bilikləri mənimsəməklə məşğul olmasına kömək edəcək. Valideynlər isə bu məsuliyyətli işdə öz rollarını psixoloji gərginlik yaratmadan, abituriyenti stressə salmadan doğru-düzgün yerinə yetirməlidir".

Xəbər lenti
0