Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 5 iyun — Sputnik. Qubada 41 yaşlı kişini ilan sancıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Cimi kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Samir Adil oğlu bağlarında ot çalarkən ilan onun ayağına dolaşıb.
Məmmədov ilanı öldürmək istəsə də, canını qurtara bilməyib. Zəhərli sürünən onun sağ ayağının baldır nahiyəsindən sancıb.
Məmmədov təcili yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilan zəhərinə qarşı zərdab vurulub. Xəstəxanadan əməkdaşımıza bildiriblər ki, Məmmədovun vəziyyəti orta ağırdır.