Ərəb dünyası parçalandı

© AP Photo / Kamran JebreiliQətərin paytaxtı Doha şəhəri
Qətərin paytaxtı Doha şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd ərəb ölkəsi Qətərlə bütün əlaqələri dondurdu

BAKI, 5 iyun — Sputnik. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri, milli təhlükəsizliklərini səbəb göstərərək, Qətər ilə bütün diplomatik əlaqələri kəsib. Sputnik xəbər verir ki, dörd ölkə, hava və dəniz məkanlarını Qətər dövləti üçün bağlı elan edib.

Üstəlik, Qətərli diplomatların 48 saat içində bu 4 ölkəni tərk etmələri tələb olunub. Qətəri terrorçu qrupları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, bütün müsəlman ölkələri eyni addımı atmağa çağırıb.

Qeyd edək ki, Qətər dövləti, Yəməndə hərbi əməliyyatlar aparması üçün İrana yardım edib.

Xəbər lenti
0