BAKI, 5 iyun — Sputnik. "The World Economic Forum" beynəlxalq təşkilatının reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında isə Azərbaycan, öz yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qərarlaşıb.
Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır — 70-ci yer. Dünya ölkələri arasında Qazaxıstanın adı 108-ci, Qırğızıstanın adı isə 131-ci yerdə çəkilir.
Qeyd edək ki, reytinqə əsasən, ən yaxşı yollar Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.