BAKI, 4 iyun — Sputnik. Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının Köln şəhərində şəhərlərarası sürət qatarı relsdən çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Koelnische Rundschau" qəzeti yazıb.
"Deutsche Bahn" dəmiryolu konserninin məlumatına görə, insident bazar günü səhər baş verib. Qatarda yalnız maşinist olub, o, xəsarət almayıb.
Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində yollar bağlanıb. Dəmiryolu əlaqəsi qismən dayandırılıb.