BAKI, 4 iyun — Sputnik. Böyük Britaniya polisi Londonda baş verən terror aktlarında iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıb.
Modern.az-ın verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.
Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinqdə əməliyyat zamanı həbs ediliblər".
Hazırda xüsusi xidmət orqanları terrorçulardan birinin evində axtarış aparırlar.
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub. London-Bric körpüsündə avtomobil insanların üzərinə sürülüb, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər isə xəstəxanaya yerləşdirilib.