Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu bitki qadınları xilas edəcək

© Sputnik / Maksim Blinov / Mediabanka keçidМеждународная специализированная выставка "Импортозамещение"
Международная специализированная выставка Импортозамещение - Sputnik Azərbaycan
Abunə olmaq
Əsasən marinadlarda, salatlarda, yeməklərdə istifadə olunan geniş yayılmış şampinyon göbələkləri sıx-sıx istifadə edildikdə döş vəzisində yarana biləcək bədxassəli şişlərin qarşısını alır

BAKI, 4 iyun — Sputnik. ABŞ-ın Massaçusets ştatının Tafts Universitetinin alimləri döş xərçəngi ilə mübarizədə daha bir metod tapıblar. Publika.az xəbər verir ki, bu, şampinyon göbələkləridir. Əsasən marinadlarda, salatlarda, yeməklərdə istifadə olunan geniş yayılmış şampinyon göbələkləri sıx-sıx istifadə edildikdə döş vəzisində yarana biləcək bədxassəli şişlərin qarşısını alır.

Həmçinin mövcud şişlərin böyüyüb yayılmasını əngəlləyir. Ona görə də həkimlər döş vəzisində şişdən əziyyət çəkən qadınlara gündə 100 qram göbələk yeməsini məsləhət görürlər.

Məsələ burasındadır ki, şampinyon göbələklərdə dentrit aktivatorları var ki, bunlar viruslar qarşında maneə çəkərək onların orqanizmdə yayılmasına imkan vermirlər. Bundan başqa şampinyondan hazırlanmış qida mədəyə düşən kimi insanda ümumi immun sistemini artırır və antivirus funksiyasını yerinə yetirir.

Xəbər lenti
0