Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rəhim Rəhimov: "Mən öz sözümü demişəm"

© Photo : R.Rəhimovun şəxsi arxivindənRəhim Rəhimov
Rəhim Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
"Tanınmamağa heç vaxt cəhd etməmişəm"

BAKI, 4 iyun — Sputnik. Ötən 9 ay Azərbaycan Kukla Teatrının aktyoru Rəhim Rəhimov üçün çox ağır günlər olub. Belə ki, aktyorun böyrəyində problem yaranıb və həkimlər təcili olaraq ona böyrək köçürülməsinin lazım olduğunu bildiriblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ağır əməliyyat həyata keçirilib və aktyorun səhhətində irəliləyiş yaranıb. Aktyor, yanvar ayında baş tutan əməliyyatdan sonra bir neçə ay bərpa prosesi keçib. Artıq bütün təhlükələri geridə qoyan sənətçi yenidən səhnəyə qayıdıb. Sputnik Azərbaycan-a müsahibə verən Rəhim Rəhimov baş verənlər haqqında danışıb.

— Bir neçə ay ağır xəstəliklə mübarizə apardınız. Bu müddət ərzində depressiyaya düşmədiniz?

— Nə yalan deyim… İlk aylarda özümə qapanma var idi. Hər şey mənə maraqsız idi. Sonra zaman keçdikcə yaxınlarımın, dostlarımın və həkimimin dəstəyi ilə depressiyaya qalib gələ bildim. Əməliyyatım ağır oldu. Bərpa olunma müddəti çətin keçdi. Şükürlər olsun ki, indi artıq hər şey yaxşıdır.

— Kukla teatrının aktyorları çox zaman tamaşaçılar tərəfindən tanınmır. Onlar sanki, kuklaların arxasında gizlənirlər. Amma aktyorlar üzdən tanınmağı sevirlər. Sizdə belə istək olmayıb?

— Doğrusu, bu haqda heç vaxt düşünməmişəm. 20 ildir teatrda işləyirəm. İşimdən də razıyam. Bir neçə il öncə seriala çəkildim. Ondan sonra bir çox serial və filmlərə dəvət aldım. Amma maddi cəhətdən sərf etmədi. Dedim ki, ondansa elə teatrda öz işimlə məşğul olsam yaxşıdır. Eyni zamanda televiziya kanallarında uşaq verilişlərim var. Tanınmamağa gəlincə, heç vaxt cəhd etməmişəm.

— Aktyorlar bəzən obrazlarını oynayan zaman fürsətdən istifadə edib cəmiyyətə demək istədiklərini rolları vasitəsi ilə çatdırırlar. Kuklalarla bunu etmək mümkündür?

— Kukla teatrında demək olar ki, bir neçə tamaşadan başqa hamısı uşaqlar üçün nəzərdə tutulur. Və nəzərdə tutulan bu tamaşalarda biz ssenaridən çıxa bilmərik. Düşünürəm ki, mən öz sözümü "Zəng" tamaşasında demişəm. Bir insanın tənha qalmasının necə ağır fəsadlara gətirib çıxarmasını, heç kimin tək qalmaması mesajını vermişəm.

— Kuklaları canlandıran aktyor Rəhimlə həyatdakı Rəhim arasında fərq var?

— Səhnədə tam fərqliyəm, həyatda tam fərqli. Həyatda pozitiv biriyəm. Bəzən psixoloji tamaşa olur. Orda obrazı oynayandan sonra hətta bir müddət özümə gələ bilmirəm. Məsələn “Ağ və Qara” tamaşasını oynayandan sonra özümə uzun müddət gələ bilmirəm. Amma çox sevdiyim və ürəklə oynadığım tamaşadır. Bu tamaşada çox ciddi oluram. Düzü bundan razıyam. Çünki həmişə dramatik və faciəvi obraz oynamaq istəmişəm. Nəhayət ki, belə obrazı "Zəng" tamaşasında yaşlı kişi obrazı vasitəsi ilə oynadım.

Xəbər lenti
0