SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İndi Avropa Amerikaya yalvarır ki, bizə ağalıq elə"

© REUTERS / Jonathan Ernst Donald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Z.Əlizadə: "Tramp deyir ki, biz ağalıq eləmək istəmirik, qarşı tərəf də yalvarır ki, ağa olaraq qal. Vəssalam".

BAKI, 4 iyun — Sputnik. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Avropa-Amerika əlaqələrində soyuqluq müşahidə olunmaqdadır. Tərəflər tam açıq şəkildə olmasa da, bir-birlərini üstüörtülü formada tənqid etməyə davam edirlər. Son olaraq, Almaniya kansleri Angela Merkel, paytaxt Berlində keçirilən "Böyük Yeddilər" zirvəsində, qapalı tərzdə Vaşinqtona mesaj verərək deyib ki, Avropa öz qədərini və təhlükəsizliyini özü təyin etməlidir. Oxşar fikri Fransada yeni seçilən prezident Emmanuel Makron da səsləndirib.

Öz növbəsində Ağ Ev rəhbəri Donald Tramp Almaniya əleyhinə açıqlama verərək deyib ki, bu ölkə qlobal ticari əməkdaşlıqda ciddi qanun pozuntusu edir. "Almaniya NATO-daki məsuliyyətini düzgün dərk eləmir. Üzərinə düşən maliyyə payını vaxtı-vaxtında ödəmir. Bu belə davam etməyəcək" — Tramp qeyd edib. 

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel - Sputnik Azərbaycan
Almaniyadan ABŞ-a tərs şillə

Köhnə qitə ilə Amerika arasında yaranan soyuqluğu Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə şərh edib. Politoloq deyib ki, dünənə qədər Avropaya ağalıq edən Amerika, Donald Trampın prezident seçilməsi ilə bu missiyadan imtina etmək istəyir. Bu da Avropanı qıcıqlandırır:

"Donald Trampın bir neçə gün əvvəl verdiyi açıqlamaya baxın. O nə deyirdi? Deyirdi ki, Almaniya NATO-da üzərinə düşən hərbi iştirak payını artırsın və Amerikanın maliyyə yükü azalsın. Donald Tramp əslində Avropa rəsmilərinə çatdırır ki, ABŞ Avropanın təhlükəsizliyini qorumağa borclu deyil. Zəhmət çəkib özləri-özlərini müdafiə etsinlər. Əgər Merkel və Makron deyirsə ki, Avropa öz təhlükəsizliyini özü təyin etməlidir, bunun açıqlaması odur ki, Almaniya və Fransa Donald Trampın göstərişlərinə riayət edir, onun sözünə baxır. Deməli hərbi xərclərini də artıracaqlar. Burada mən heç bir ziddiyyət görmürəm. Əksinə, bunu Avropa dövlət başçılarının ABŞ prezidentinin məsləhətinə riayət etməsi kimi qiymətləndirirəm".

Almaniyanın xarici işlər naziri Siqmar Qabrielin, ABŞ prezidenti Donald Trampı hədəf alan açıqlamalarını da dəyərləndirən Zərdüşt Əlizadə, əslində bu açıqlamanın arxasında Amerikaya yalvarış durduğunu söyləyib:

"İndi Almaniyanın XİN başçısı deyəndə ki, ABŞ öz liderlik rolunu itirir, bunun arxasında bir yalvarış olduğunu görürəm. Dünənə qədər ABŞ-Avropa münasibətləri belə idi ki, Amerika ağa idi, Avropa da nökər. İndi Tramp deyir ki, biz ağalıq eləmək istəmirik, qarşı tərəf də yalvarır ki, ağa olaraq qal. Vəssalam".

Xəbər lenti
0