CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Messencerlərlə zəng zamanı yaranan problemin səbəbi açıqlandı: rəsmi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidИконка мессенджера WhatsApp на экране смартфона
Иконка мессенджера WhatsApp на экране смартфона - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər"

BAKI, 3 iyun — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.

Qurumdan Sputnik Azərbaycan-a daxil olan açıqlamada bildirilir: "Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə ("Skype", "Viber", "WhatsApp" və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb. Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər".

Xəbər lenti
0