BAKI, 3 iyun — Sputnik. Texnologiya nəhəngi "Google" internet brauzer proqramı "Chrome" gələn il satışa çıxarılacaq yeni versiyasının internetdəki reklamları əngəlləyəcəyini bildirib.
Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, "Google"dən verilən açıqlamada "Chrome" yeni versiyası sayəsində istifadəçilərin ziyarət etdikləri internet səhifələrində qarşılarına çıxan reklamlarla avtomatik oynamağa başlayan musiqi və görüntüləri əngəlləyə biləcəyi bildirilib.