CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə müavinət alanların sayı 3 dəfə arta bilər

Abunə olmaq
Millət vəkili: "Azərbaycanın əhalisi günü-gündən artır"

BAKI, 2 iyun — Sputnik. "Azərbaycanda əhalinin təbii artımı ildə 1,2 faiz çoxalır. Bu, o deməkdir ki, Azərbaycanın əhalisi günü-gündən artır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" seminarında deyib.

Onun sözlərinə görə, artan əhali üçün yeni iş yerləri yaratmaq lazımdır: "Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq "İşsizlikdən sığorta haqqında" qanun layihəsi müzakirə edilir. Əgər qanun qəbul edilərsə, müavinət alanların sayı 3 dəfə artacaq".

Xəbər lenti
0