CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınların niyə az maaş almalarının səbəbi açıqlanıb

© AFP 2024 / PHILIPPE HUGUEN Hamilə qadının müayinə edilməsi. Arxiv şəkli
Hamilə qadının müayinə edilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində isə 73 faizi qadınlardır

BAKI, 2 iyun — Sputnik. Azərbaycan qanunvericiliyində qadınlara hər hansı bir məhdudiyyət qoyulmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" seminarında deyib.

Əmək müqaviləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bizdə kimisə işə götürərkən ondan cinsi oriyentasiyası soruşulmur"

Onun sözlərinə görə, qanunvericilikdə qadınların çalışa bilməyəcəyi sahə anlayışı yoxdur: "Hamıya sərbəst seçim hüquqi verilir. Qadınlar daha çox tibb və təhsil sahələrini seçirlər. Tibb sahəsində çalışanların təxminən 86 faizi, təhsil sahəsində çalışanların 73 faizi isə qadınlardır".

"Təhsil və səhiyyə əsasən, dövlət sektoruna aid olduğundan, burada əmək haqqı özəl sektora nisbətən aşağıdır. Bunun nəticəsində də qadınların orta aylıq əmək haqqı azdır. Qanunvericilikdə konkret qadın və ya kişiyə görə əmək haqqı məsələsi nəzərdə tutulmayıb" — Müslümov bildirib.

Xəbər lenti
0