Ölüləri soyan qadın ələ keçdi

© AFP 2023 / Lisa MolloyQəbiristanlıq
Qəbiristanlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Onun 24 fərqli qəbiristanlıqdan 188 müxtəlif əşya oğurladığı iddia edilir

BAKI, 2 iyun — Sputnik. ABŞ–ın Miçiqan ştatında Lisa Corcoran adlı qadın qəbiristanlıqdan güllər və başqa əşyalar oğurlayaraq evinə gətirib. Qəbirlərin üzərindən oğurluq etdiyi üçün, qadın polis tərəfindən saxlanılıb.

Sputnik Türkiyə xəbər verir ki, onun 24 fərqli qəbiristanlıqdan 188 müxtəlif əşya oğurladığı iddia edilir. Keçən həftə polis tərəfindən axtarış zamanı Corcoranın evində 188 ədəd məzarlıqlardan oğurlanmış əşya aşkar edib.

Eyni zamanda evin otaqları qəbiristanlıqlardan gətirildiyi zənn edilən güllərlə bəzədilib. Qadının oğurladığı əşyaların dəyəri hələ müəyyən edilməyib.

Xəbər lenti
0