Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Ərdoğan üçün riskli seçim

© AFP 2024 / OZAN KOSE Президенты России и Турции Владимир Путин и Реджеп Тайип Эрдоган перед пресс-конференцией в Стамбуле, 10 октября 2016 года
Президенты России и Турции Владимир Путин и Реджеп Тайип Эрдоган перед пресс-конференцией в Стамбуле, 10 октября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin S-400 sevdası, əslində ciddi istəkdən çox, blef təsiri bağışlayır

BAKI, 2 iyun — Sputnik. Türkiyə NATO-ya qarşı çıxaraq Rusiyadan uzaq mənzilli havadan müdafiə sistemlərini almaq üçün müzakirələr aparır. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, Rusiya Türkiyəyə S-400 raketləri satmağa qərar verib. Bu, həm Türkiyə, həm də Rusiya üçün vacibdir. Rusiya tarixdə ilk dəfə olaraq NATO üzvü olan ölkəyə silah satacaq. Türkiyə isə digər dövlətlərdən ala bilmədiyi müdafiə məqsədli raketləri Rusiyadan alacaq. Çünki NATO-ya üzv olan ölkələr tərəfdaşları olan Türkiyəyə müasir raketlər satmır.

Türkiyə və Rusiya bayrağı - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan Türkiyə ilə bağlı yekun qərar verildi

Qərb ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya üçün indi Türkiyə ilə belə anlaşmanın önəmi az deyil. Bir tərəfdən böyük enerji layihələrinə investisiya qoyan, digər tərəfdən isə Ukrayna və Suriyada müharibə aparan Moskva, öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün indiyədək heç kimə satmadığı strateji silahlarını belə, hərraca çıxarıb. Türkiyə isə onu almaq üçün Moskvadan kredit istəyir. Əlbəttə ki, indiki dövrdə bu sazişi imzalamaq olduqca riskli hərəkət olardı.

Digər səbəblərdən biri Türkiyə ilə Rusiya arasındakı münasibətlərin kifayət qədər qənaətbəxş olmamasıdır. Xüsusilə Suriyanın şimalında baş verən hadisələrdə iki dövlətin fərqli mövqelərdən çıxış etməsi, onsuz da kövrək olan etimad hissini daha da zədələyir.

Təsadüfi deyil ki, Ankara, PYD-ni dəstəklədiyi üçün Moskvaya bir gündə 2 dəfə nota vermişdi. Son vaxtlar Suriyanın müxtəlif şəhərlərində müxalif qüvvələrin eyni anda Bəşər Əsəd ordusuna hücumlara başlaması və bəzi əraziləri ələ keçirməsi də Ankaranın Moskvaya reaksiyası kimi başa düşülə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun "Cenevrə görüşlərini pozmağa istiqamətlənmiş hərəkət" kimi qiymətləndirdiyi bu hücumları, Türkiyə və körfəz ölkələri tərəfindən dəstəklənən qrupların təşkil etməsi də bu ehtimalı gücləndirir. Xatırladaq ki, həmin müxalif qüvvələr son Astana sammitinə də qatılmamış, dolayısıyla mübarizələrinə davam edəcəkləri mesajını vermişdi.

Bir-birinə güvənsizliyin hökm sürdüyü şəraitdə öz müdafiə strategiyasının Rusiyadan alınan S-400-lərə həvalə edilməsi, əslində Türkiyə üçün də əlverişli deyil. Çünki bu durumda ölkənin müdafiə gücü tamamilə Rusiyanın əlinə keçər ki, NATO üzvü olan bir dövlət üçün bu, ciddi təhlükəsizlik açığı və alyansla müttəfiqliyə son vermək deməkdir.

Türkiyə sərhədində Rusiya bayrağı - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə sərhədində Rusiya bayrağı: Orduya döyüş hazırlığı əmri verildi

Geopolotok mövqeyinə və tarixi təcrübələrə görə, Rusiya ilə təbii rəqib olan Türkiyənin bu addımı atması real görünmür. Məsələyə bu baxımdan yanaşanda Türkiyənin S-400 sevdası əslində ciddi istəkdən çox, blef təsiri bağışlayır.

Məsələ burasındadır ki, uzun illərdən bəri NATO üzvü olmasına baxmayaraq, Türkiyənin raket hücumlarından müdafiə sistemi tam qurulmayıb. Vaxtaşırı Rusiya ilə gərginliklər yaşananda müttəfiq dövlətlər öz müdafiə sistemlərini Türkiyəyə göndərir, onun müdafiəsini öz öhdələrinə götürür.

Bəzən isə təhdidin ciddi xarakter aldığı dövrlərdə müttəfiqlər bu öhdəliklərindən boyun qaçırır. Rusiya ilə təyyarə böhranı yaşananda NATO Türkiyədə yerləşdirilmiş "Patriot" batareyalarını təmir və sair bahənələrlə geri çağırmış və Ankaranı çətin vəziyyətdə qoymuşdu.

Bu təhlükəni öncədən də hiss edən Ankara, bir neçə il əvvəl öz raketdən müdafiə sistemlərini yaratmaq istəmiş, amma müttəfiqlərindən gərəkli dəstəyi ala bilməmişdi. Məcburən, 2013-cü ildə Çinlə bağladığı saziş yenə NATO-nun təzyiqləri ilə iki ildən sonra ləğv olunmuşdu.

Ankara bundan sonra üzünü Rusiyaya tutub S-400-ləri almaq fikrini ortaya atmışdı. Bununla da NATO-ya "bunu səninlə edə bilməsəm, Rusiyayla etməyə məhkumam" mesajını vermişdi. Ankara da Rusiyanın indiki durumunda kredit borcuyla S-400-lər ala bilməyin çətin olduğunun fərqindədir, sadəcə siyasi şou göstərir.

Qeyd edək ki, S-400 batareyalarının birinin qiyməti 400 milyon dollardır. Türkiyə üçün heç də kiçik məbləğ deyil…

Xəbər lenti
0