BAKI, 11 may — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD, Türkiyə ilə sərhəddə Rusiya bayrağı qaldırıb. Bayraq asılar-asılmaz türk ordusunın ağır zirehli texnikaları Suriya sərhəddində bir nömrəli hazırlıq vəziyyətinə gətirilib.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, rus bayrağının asılmasından dərhal sonra türk ordusuna həyəcan siqnalı verilib. Əsgərlər döyüş hazırlığı vəziyyətinə gətirilib.
Məlumata görə, ərazidə geniş təhlükəsizlik tədbirləri görülür. Məsələ ilə bağlı nə rəsmi Ankaradan, nə də Moskvadan açıqlama verilməyib.