İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin həlak olub

© AP Photo / STRINGERƏl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi
Əl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə koalisiyanın məruzəsində bildirilir

BAKI, 2 iyun — Sputnik. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı azı 484 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın məruzəsində bildirilir.

"Daxil olmuş informasiyalara əsasən çox güman ki, azı 484 dinc sakin əməliyyatın başlanğıcından koalisiyanın zərbələri nəticəsində həlak olub" — sənəddə qeyd olunur.

Məruzədə göstərilib ki, koalisiya apreldə İraq və Suriyada İŞİD-in məhv edilməsi üzrə əməliyyatlara dəstək vaxtı endirilmiş zərbələr nəticəsində mümkün qurbanlar haqqında 43 yeni xəbər alıb.

Xəbər lenti
0