CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küllü miqdarda narkotik vasitə aşkar edildi

© Photo : STRNarkotik maddə. Arxiv şəkli
Narkotik maddə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəfərovun üzərinə baxış keçirilən zaman bağlamada 1,5 kq çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Masallı polisi bu gün keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Natiq Cəfərovu saxlayıb.

Cəfərovun üzərinə baxış keçirilən zaman bağlamada 1,5 kq çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı özü becərdiyini polislərə etiraf edib.

Qeyd edək ki, Natiq Cəfərov əvvəllər də törətdiyi ağır cinayətlərə görə məhkum olunub.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0