Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Elman Rüstəmov Azərbaycanın bu vaxta kimi itirdiklərindən danışdı

© Sputnik / Murad OrujovГлава Центрального банка Азербайджана Эльман Рустамов
Глава Центрального банка Азербайджана Эльман Рустамов - Sputnik Azərbaycan
Abunə olmaq
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, Azərbaycan neft ixracından əldə etdiyi gəlirlərin üçdə ikisini itirib

Elman Rüstəmov: “Müəyyən güclü inspulslar Azərbaycan iqtisadiyyatı üçün mənfi təsirlər, şoklar yaratdı”
Bütövlükdə bu dövrdə neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan neft ixracından əldə etdiyi gəlirlərin üçdə ikisini itirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Bu olduqca böyük itki idi. Müəyyən güclü inpulslar Azərbaycan iqtisadiyyatı üçün mənfi təsirlər, şoklar yaratdı. Azərbaycan hökumətinin və MB-nin bu şoklara reaksiyası iki cür oldu. Ölkənin strateji valyuta ehtiyatlarını və iqtisadi müstəqilliyini qoruyub saxlamaq üçün bütövlükdə fiskal yığcamlaşma və  transferlərin azaldılması siyasətinə getdik. Çünki bu qaçılmaz idi və biz reaksiya verməli idik. Bu xarici şokun yumşaldılması üçün milli valyutanın dəyərinin mərhələli olaraq korreksiyası siyasəti seçildi” – deyə o bildirib.

Xəbər lenti
0