BAKI, 2 iyun — Sputnik. Xəzər rayonunda bədbəxt hadisə baş verib. Azərsu ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu ölüb.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi yıxılıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.
Azərsu-nun isə işçisinin ölümündən xəbəri yoxdur. Lakin əməkdaşımızla söhbətində Azərsu-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Lakin maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.