Eyyub Hüseynov: “Dövlət orqanlarının əksəryətinin “qaynar xətti” işləmir”
"Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, “qara mühasibat”a əl atırlar". Bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycana deyir ki, bununla mübarizə aparmaq üçün ictimai nəzarət lazımdır: “İctimai nəzarətin effektli nəticəsini əldə etmək üçün dövlət orqanlarının fəal işi lazımdır. Bizə bununla bağlı şikayətlər daxil olanda daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə göndəririk”.
“Bütün bunları həll etmək üçün dövlət orqanları əhalinin verdiyi informasiyalara adekvat cavab verməlidir. Dövlət orqanlarının əksəryyətinin “qaynar xətti” işləmir. Əhalinin də maarifləndirilməsinə ehtiyac var” – deyə o bildirib.