BAKI, 2 iyun — Sputnik. Manilada otel kompleksinə ötən gün törədilən hücumdan sonra hadisə yerindən azı 34 cəsəd aşkarlanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlərin məlumatına əsasən, qurbanların əksəriyyəti boğulmadan ölüb.
Polisin məlumatına görə, tüfənglə silahlanmış cinayətkar “Resorts World Manila” otel kompleksinə hücum edərək kazinonu qarət etməyə cəhd edib. Kazinoya daxil olan qarətçi zaldakı oyun masalarına od vurub, nəticədə binada güclü yanğın baş verib.
Hücum edən şəxsin intihar etdiyi bildirilir.