BAKI, 2 iyun — Sputnik. Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan "Qran Prisi" ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqasından verilən məlumata görə, Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.