BAKI, 2 iyun — Sputnik. Goranboy sakini özünü Gəncədə bıçaqlayıb.
APA-nın verdiyi məlumata görə, Goranboy rayonu, Faxralı kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Royal qarnında kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, sərxoş vəziyyətdə olan R.Abdullayev özü-özünü bıçaqlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.