ABŞ bu sazişi də tərk edir

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin mümkünlüyündən asılı olacaq

BAKI, 2 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.

Bu barədə Donald Tramp keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin mümkünlüyündən asılı olacaq.   

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.

Xəbər lenti
0