BAKI, 2 iyun — Sputnik. Türkiyədə Qaziantep Universitetinin hovuzunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, hadisə, sonuncu sinifdə təhsil alan Aykut Hünerin üzmə məşqlərini davam etdirdiyi zaman baş verib.
7 May 2017, 23:34
O, Qaziantep Universitetinin hovuzunda məşq edib. Bir qədər üzəndən sonra suyun altında nəfəs tutma məşqləri edib. Suyun altında uzun zaman hərəkətsiz qaldığını görən məşqçilər, gənc idmançını sudan çıxarıblar.
Huşunu itirən gəncə ilkin tibbi yardım göstərilib və Qaziantep Universitetinin Tibb Fakültəsinə aparılıb. Ciddi həkim nəzarətində olmasına baxmayaraq, 6 gün sonra halı pisləşən Aykut Hünerin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.