Bütün dünya BMT-nin qərarı əsasında 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edir.
Uşaqların ən vacib problemlərindən biri müasir cəmiyyətin tez-tez üzləşdiyi böyüməkdə olan nəslin sağlamlığı ilə bağlı problemlərdir. Bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova Sputnik Azərbaycan Mətbuat Mərkəzində danışıb.