Gülnarə Hüseynova: “Dövlət tərəfindən bununla bağlı qanun qəbul olunacaq”
Hal-hazırda Azərbaycanda uşaqların sosial şəbəkələrdən, internetdən istifadəsinə heç kim tərəfindən nəzarət edilmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib. “Valideynlər uşaqları ilə az vaxt keçirirlər. Əgər uşaq internetdən istifadə edirsə o faydalı məlumat almaqla yanaşı, zərərli məlumatlara da yiyələnə bilər. Bizdə informasiya var ki, uşaqlar internetdən, sosial şəbəkələrdən daha çox zərərli məlumatlar alırlar”.
“Bu, tək Azərbaycanın yox, bütün dünyanın bəlasıdır. Dövlət tərəfindən bununla bağlı qanun qəbul olunacaq. Qanun vasitəsiylə uşaqların informasiya almaq hüququ və böyüklərin ona nəzarət etmək hüququ tənzimlənmiş olacaq” – deyə o bildirib.