BAKI, 1 iyun — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində, gömrük nəzarətindən gizlədilən 28 ədəd "Nokia", 10 ədəd "Samsung" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib. Faktla bağlı araşdırma aparılır.