CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident iki mühüm şəxsi vəzifədən uzaqlaşdırdı

© Official website of President of Azerbaijan RepublicSaatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib

BAKI, 1 iyun — Sputnik. Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.

Prezident Administrasiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Prezident Administrasiyası yenidən təşkil olundu

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək Prezidentin istisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri — Prezidentin köməkçisi təyin olunub.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdu.

Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.

Xəbər lenti
0