Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tədris ilinin sonunu görə bilmədi

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağı təcili olaraq xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda keçinib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Zaqatala şəhərində baş vermiş qəzada 2-ci sinif şagirdi həyatını itirib.

Bu faciəli hadisə Zaqatalanın Heydər Əliyev prospektində yerləşən Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, adı çəkilən məktəbin 2-ci sinif şagirdi İsmayıl Elçin oğlu Şirdanov yolu keçən zaman "Mercedes" markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub. Balaca İsmayıl məktəbdən evlərinə getmək üçün yolu keçirmiş. Bu zaman sürətlə gələn maşın onu vuraraq tullayıb.

Uşağı təcili olaraq xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil məktəbin qarşısından sürətlə keçirmiş. Uşaq isə maşının gəldiyini görməyərək yolu qaçaraq keçmək istəyib, lakin qarşı tərəfə çatmadan yol canavarı onu haqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xəbər lenti
0