BAKI, 1 iyun — Sputnik. Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama, ailəsi ilə birgə Vaşinqtonda kirayə qaldıqları evi 8,1 milyon dollara alıb. Sputnik Azərbaycan bu barədə "Washington Post"-a istinadən xəbər verir.
CNN telekanalına danışan Obama ailəsinin meneceri Kevin Luis, "Obama ailəsinin, ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha məsləhətlidir" — deyib.
Qeyd edək ki, evdə 9 yataq otağı və 8 vanna otağı var.