BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, Prezident özünə yeni köməkçilər təyin edib.
Belə ki, Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.
İndiyədək Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.