Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev: "Əlavə 16 milyard kubmetr qaz hasil ediləcək"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimində
İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilib"

BAKI, 1 iyun — Sputnik. "Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu gün tarixdə qalacaq. Çünki biz bu gün "Şahdəniz" platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik".

İlham Əliyev “Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililərinin dənizə yola salınması mərasimində iştirak edib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Onu dənizə yola saldılar

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri "Şahdəniz Mərhələ 2" üçün inşa olunan iki platformadan birinin — yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin, Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz" müqavilə sahəsinə yolasalma mərasimi zamanı, prezident İlham Əliyev səsləndirib.

Dövlət başçısı bildirib ki, bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və "Şahdəniz" yatağında quraşdırılacaq: "Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilib. Bir neçə il bundan əvvəl, xüsusilə "Şahdəniz" yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi".

© Official website of President of Azerbaijan Republic“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformalar
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformalar - Sputnik Azərbaycan
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformalar

Prezident onu da qeyd edib ki, "Şahdəniz" üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanıb: "Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti — 90 faizi Azərbaycan vətəndaşı olub".

"Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə "Şahdəniz-2" layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcək. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq" — İlham Əliyev vurğulayıb.

Daha sonra ölkə rəhbəri qeyd edib: "İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir — TANAP, TAP, Cənub Qaz Kəməri, "Şahdəniz-2" layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıb".

Xəbər lenti
0