Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əfqan Muxtarlının saxlanılmasının təfərrüatları açıqlandı

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Onun üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb

BAKI, 1 iyun — Sputnik. "1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan, nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra, qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb".

Gözəl Bayramova - Sputnik Azərbaycan
Gözəl Bayramlının saxlanılması ilə bağlı bəzi detallara aydınlıq gətirildi

Bu barədə Sputnik Azərbaycan Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir. Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

"Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub" — məlumatda qeyd olunur.

Əlavə olunur ki, 31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0