BAKI, 1 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahim İsmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən məlumat verir.
Prezidentin digər sərəncamı ilə Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.