CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlanlara giriş qadağandır - yalnız qızlar üçün

© Sputnik / Murad OrujovБакинцы приходят почтить память погибших в страшном пожаре год назад
Бакинцы приходят почтить память погибших в страшном пожаре год назад - Sputnik Azərbaycan
Abunə olmaq
Cərimə və cəzaların ağırlaşdırılması müəyyən narahatlığa səbəb olub

BAKI, 1 iyun — Sputnik. Yəqin ki, kirayə ev elanlarına baxanda "yalnız tələbə qızlar üçün" başlıqlı elanlarla hamınız qarşılaşmısınız. Bu gün bir çox ev sahibi evini ancaq tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə çoxları qəti şəkildə "yox" cavabını verirlər.

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi - Sputnik Azərbaycan
HADİSƏ
Ev sahibi kirayənişini yandırdı

Səbəblər isə müxtəlifdir. Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə elan sahibi ilə əlaqə saxlayaraq, bu ayrı-seçkiliyin səbəbini öyrənməyə çalışıb.

Sevda Əlməmmədova evini ancaq gənc qızlara kirayə verəcəyini deyir: "Çünki qızlar evə yaxşı baxmaqla yanaşı, həm də məsuliyyətli olurlar. Mən evimi ancaq tələbə qızlara verirəm. Əvvəlcə onların valideynləri ilə tanış oluram. Xoşuma gəlsələr, evi verirəm. Tələbə qızlara ev verəndə arxayın olursan ki, evi səliqəli saxlayacaq, diqqətli olacaq, gecələr evə dost-tanışı gətirməyəcək".

"Oğlanlar isə az məsuliyyətli olurlar. Əvvəl bilmirdim. Bir dəfə evimi 4 tələbə oğlana vermişdim. İnanın, bir ayın içində çarpayını qırmışdılar, mətbəxdə şkafın qapılarını çıxarmışdılar, telefonu isə sındırıb "skoçlamışdılar". Onları evdən çıxaranda kommunal borclarını da ödəmədilər. Sonra özümə söz verdim ki, daha oğlan tələbəyə ev verməyəcəyəm" — ev sahibi bildirir.

Əlməmmədovanın evində son 4-5 ildir, sadəcə qızlar qalırlar: "Bəzən əvvəlcədən xəbər etmədən, gəlib evin vəziyyətinə baxıram. Bəzən narazılıq edirlər ki, "pulumuzu vermişik, nəyə görə narahatsınız". Onları başa salıram ki, əsas evin vəziyyəti deyil, əsas qonşuların fikridir. Nəyə görə kimsə mənim evim haqqında başqa fikirlərə düşməlidir?"

Digər ev sahibi Elçin Səlimov da evini ancaq tələbə qızlara verəcəyini deyir: "Yaşlı adamam, mənə bu yaşdan sonra problem lazım deyil. Tətildə çox valideyn gəlib övladları üçün ev maraqlanır. Yaxşı adama rast gələndə verirəm evi. İstəmirəm ki, kimsə "Elçinin evində əxlaqsızlar qalır" desin.

© KarikaturaKirayə ev
Kirayə ev - Sputnik Azərbaycan
Kirayə ev

Ev sahibi bildirir ki, tələbə qızlar ailələrindən qorxduqları üçün bir az məsuliyyətli olurlar: "Evi təmiz saxlamaqla yanaşı, artıq hərəkətlərə yol vermirlər. Oğlanlar isə tənbəl, səliqəsiz və məsuliyyətsiz olurlar".

"Mən evimi kirayə verərkən vasitəçilərlə işləmirəm. "Maklerlər" evi şirin dillə ev sahibindən götürüb, bəzən 1 günlük də kirayə verirlər. Özünüz də yaxşı bilirsiniz ki, bir günlük evlər kimlərə kirayə verilir. Mən isə evimin elə istifadə edilməsini istəmirəm" — Səlimov əlavə edir.

Sosioloq Əhməd Mansurovun Sputnik Azərbaycan-a açıqlamasına görə, əvvəllər ev sahibləri bu qədər qız-oğlan ayrı seçkiliyi etmirdilər. O bildirir ki, son zamanlar qanunlara edilən dəyişikliklər ev sahiblərinin də narahatlığına səbəb olub.

Mütəxssisin sözlərinə görə, tələbə qızlar üçün evi çox zaman valideynləri tuturlar: "Ev sahibləri buna görə kirayənişin axtaranda, tələbə qızlara üstünlük verirlər. Oğlanlar isə çox zaman evi özləri tutur və bəzən evə qız qonaqlar da gətirirlər ki, bu məsələ də ev sahiblərini çox narahat edir. Ev sahibi müəyyən qədər haqlıdır, amma belə bir vəziyyətdə də oğlanlar ev tapmaqda çətinlik çəkirlər".

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha bir cəza növü: əgər kirayə mənzilinizdə fahişə tapsalar...

"Tələbələr üçün yataqxanalar olsaydı, bu, tələbələrə həm ucuz başa gələrdi, həm də qız-oğlan ayrı-seçkiliyi yaşanmazdı" — Mansurov vurğulayır.

Hüquqşünas Elnur Aslanov da Sputnik Azərbaycan-a deyib ki, Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edildikdən sonra, cərimələr və cəzaların ağırlaşdırılması ev sahiblərində müəyyən narahatlığa səbəb olub: "Belə ki, əgər əvvəl ev sahibi evini rahatlıqla vasitəçilərə etibar edirdisə, indi etmirlər. Çünki əgər kirayə verilən evlər bir günlük başqa məqsədlər üçün verilərsə və bu, aşkar olunarsa, ev sahibləri cəzalandırılacaq. Belə bir şəraitdə məsuliyyəti vasitəçi deyil, ev sahibi daşıyır".

Hüquqşünas bildirir ki, qeyd olunan maddəyə görə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə — iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya iki ilə qədər müddətə islah işləri və ya 3 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbər lenti
0