Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yerevan küçələrini Azərbaycan mahnıları bürüyüb

İrəvan
İrəvan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan paytaxtının meydanlarının birində, metronun girəcəyində Lyova Azərbaycan mahnılarını oxuyur

BAKI, 31 may — Sputnik. Yerevan küçələrində Azərbaycan mahnılarını dinləyənlər və onu musiqi alətlərində ifa edib pul qazananların sayı günbəgün artır. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Ermənistan paytaxtındakı kafelərdə və maşınlarda, Röya Ayxanla Üzeyir Mehdizadənin birgə oxuduğu "Çəkinmə gəl" mahnısına tez-tez rast gəlmək mümkündür.

O ses Turkiyə səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan mahnısı ilə yarışmanı qazanan türk müğənni tanınmaz hala düşüb

Paytaxtın müxtəlif yerlərində gitara, klarnet, akkordeon, balaban çalanlara, müxtəlif tərzdə — xalq mahnılarını oxuyanlara, rok ifaçılarına rast gəlmək olar. Qaregin Njdeh meydanı yaxınlığında akkordeon çalıb-oxuyan Lyova, köhnə akkordeonu ilə pul qazananlardandır. O, Azərbaycan mahnılarını erməni dilində ifa etməklə çörək qazanır.

Ermənistan paytaxtının meydanlarının birində, metronun girəcəyində Lyova Azərbaycan mahnılarını oxuyur. 90-cı illərin axırından indiyə kimi daimi iş yeri olmayan Lyova indiyə qədər ailəsini küçələrdə akkordeon çalıb-oxumaqla dolandırır. Qədir Rüstəmovun repertuarındakı "Ay qız gəlləm dalınca", Süleyman Abdullayevin repertuarında olan "Var gülüşündə" mahnılarını çalıb-oxuyan Lyova etiraf edib ki, Zeynəb Xanlarovanın da repertuarından xeyli mahnı bilir və ifa edir.

O, küçədə Azərbaycan muğamlarını da ifa edir. Ona dəyib-dolaşan olanda da deyir ki, incəsənətin, musiqinin və idmanın bizim siyasi problemlərə heç bir aidiyyatı yoxdur.

Xəbər lenti
0