Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yeniyetmə absurd səbəbdən özünü asdı

CC0 / music4life / Tree ShadowТень дерева, фото из архива
Тень дерева, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölmüş toyuğun üstündə böyük qardaşı ilə mübahisə edən gənc dirriyin axırına gedib və özünün oradakı qoz ağacından asıb

BAKI, 31 may — Sputnik. Goranboy rayonunda faciə baş verib: 13 yaşlı yeniyetmə intihar edib.

Bu barədə Sputnik Azərbaycan-a rayon prokurorluğundan məlumat verilib.

Həftənin ikinci günü rayonun Xanqərvənd kəndində qoz ağacından 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlunun meyiti tapılıb.

Yeniyetmənin intihar səbəbi də artıq məlumdur. Nəbiyevlər ailəsinin iki uşağı var. Böyük oğulun 15 yaşı var. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qardaşların hər ikisi yüngül dərəcəli əqli qüsurluluqdan əziyyət çəkirlər. Özünəqəsddən bir az əvvəl qardaşlar arasında münaqişə başlayıb. Kiçik qardaş ehtiyatsızlıqdan ev quşunu öldürüb. Böyük qardaş isə buna görə onu söyüb. Münaqişədən sonra Rəşad Nəbiyev sakitcə dirriyin axırına gedib və oradakı qoz ağacından özünü asıb. Yaxınları yeniyetmənin ortalıqda olmadığını fərq edəndə, artıq gec olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, son zamanlar uşaqlarda əqli inkişafdan qalma halları çoxalıb. Bunun başlıca səbəbi Azərbaycanda geniş yayılmış qohum nikahlarıdır. Bu problem xüsusilə Respublikanın regionlarında müşahidə edilir.

Xəbər lenti
0