Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rüfət Aslanlı Beynəlxalq Bankın taleyinə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovMaliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyir ki, proses tamamlandıqdan sonra hökumət bankın özəlləşdirilməsinə hazırlıq proseslərinə start verə bilər

Rüfət Aslanlı: “Beynəlxalq Bankın xarici kreditorlar qarşısında öhdəliklərinin restruktruzasiyası planı hazırlanıb”
Dövlət tərəfindən dəstəklənən bu proqram baş tutarsa, Beynəlxalq Bankın pozitiv pul axınlarının, yəni, öhdəliklər üzrə xərclərinin aktivlərdən gələn gəlirlər hesabına bağlanmasına təminat verəcək.  

Sputnik Azərbaycan xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. “Bu günlərdə Beynəlxalq Bankın sabitləşdirilməsi və özəlləşməyə hazırlıq çərçivəsində növbəti mərhələ tədbirlərinin realizasiyasına start verildi. Bankın xarici kreditorlar qarşısında xarici valyutada öhdəliklərinin restruktrizasiyası planı hazırlandı. Ötən həftə bu plan Londonda kreditorlar klubu qarşısında təqdim edildi. Bu özəlləşmə öncəsi bankın bazar dəyərini artırmağa imkan verəcək. Biz düşünürük ki, proses tamamlandıqdan sonra bankın səhmdarı — hökumət onun özəlləşdirilməsinə hazırlıq proseslərinə start verə bilər” – deyə o bildirib.

Xəbər lenti
0